11:33, 05 Noyabr 2018 (Bazar ertəsi) 125

İrana qarşı sanksiyalar qüvvəyə minir

İrana qarşı sanksiyalar qüvvəyə minir
Noyabrın 5-də ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi qüvvəyə minib. 

Sanksiyaların 600-dən çox şəxsi və şirkəti əhatə edəcəyi açıqlanıb.

2015-ci il iyulun 14-də İranla ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Almaniya, eləcə də Avropa İttifaqı arasında Tehranın atom enerjisi proqramı ilə bağlı razılaşma imzalanıb. Həmin gün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında saziş də bağlanıb.

Razılaşmalar İranın üzərindən ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi iqtisadi sanksiyaları götürüb, İran isə əvəzində nüvə obyektlərini beynəlxalq yoxlamalara tam açıb.

Tehranın nüvə silahı hazırlamağa çalışdığını iddia edən ABŞ bu ilin yayında razılaşmadan çıxıb, avqustun 7-də İrana ilkin sanksiyalar tətbiq edib. Noyabrın 5-dən qüvvəyə minən sanksiyalar İrandan neft almağı yasaqlayır.
 
Novator.az