Dünya

İranda ABŞ səfirliyinin zəbti qeyd edilib

4 Noyabr, 2019
574
Noyabrın 4-də minlərlə iranlı ABŞ-ın köhnə səfirliyi yaxınlığında "Amerikaya ölüm" şüarları səsləndirib.

"Reuters" xəbər verir ki, hadisə missiyanın ələ keçirilməsinin 40 ilinin tamamlandığı gün və İranın ali liderinin ABŞ ilə danışıqlara qoyduğu qadağanı ləğv etməyəcəyini vəd etdikdən bir gün sonra baş verib.

Dövlət televiziyası İranın 1979-cu il İslam inqilabından sonra "casusların yuvası” adlandırılmış keçmiş səfirliyin ətrafındakı küçələri dolduran izdihamı göstərib. Dövlət KİV-lərinin verdiyi məlumata görə, yürüşlər və mitinqlər ölkənin 1000-ə yaxın icmasını əhatə edib.

1979-cu ildə İranda qatı islamçı tələbələr ABŞ-ın dəstəklədiyi şahın süqutundan dərhal sonra səfirliyə hücum etmişdilər və 52 amerikalını 444 gün binada girov saxlamışdılar. İki ölkə o zamandan etibarən düşmən kəsilib.

Bazar günü İranın ali rəhbəri Ayətullah Əli Xameney ABŞ ilə danışıqlara qoyulan qadağanı yeniləyərək, iki ölkəni aralarındakı ədavətin bitməsi mümkün olmayan düşmənlər olaraq xarakterizə edib.

"Danışıqların düşmənlə problemlərimizi həll edəcəyinə inananlar 100 faiz yanılırlar", - Xameney deyib.

Bununla yanaşı İran parlamenti məktəb kitablarında "Amerikanın cinayətləri"nin yer almasını təmin edən ilkin təklifi qəbul edib. Deputatlar da "Amerikaya ölüm" şüarlarını səsləndiriblər.

ABŞ prezidenti Donald Tramp sanksiyaların qaldırılması qarşılığında nüvə proqramını əngəlləyən İran və dünya gücləri arasında imzalanmış 2015-ci il sazişindən imtina etdikdən sonra iki ölkə arasındakı münasibətlər böhran vəziyyətinə çatıb.

Birləşmiş Ştatlar İranın bütün neft ixracını dayandırmağa yönəlmiş sanksiyaları yenidən bərpa edib və məqsədinin Tehranı daha geniş öhdəlikləri əhatə edəcək razılaşmaya imza atması üçün danışıqlar aparmağa məcbur etmək olduğunu deyib.

Xameney İran rəsmilərinə ABŞ nüvə sazişinə qayıtmayınca və bütün sanksiyaları ləğv etməyincə danışıqlar aparmağı qadağan edib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo