13:24, 15 Oktyabr 2018 (Bazar ertəsi) 216

İranda avtomobil istehsalı 46 faiz azalıb

İranda avtomobil istehsalı 46 faiz azalıb


/ DÜNYA
İranda avtomobil istehsalı 46 faiz azalıb.

Bu barədə İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin yayımladığı son hesabatda deyilir.

Belə ki, cari ilin 21 avqust-21 sentyabr aralığında müxtəlif avtomobillərin istehsalı 46,2% azalıb. Məlumata görə, avtomobil istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 105 min 904 ədəd avtomobildən 56 min 949 avtomobilə enib.

Mikroavtobus istehsalında isə artım müşahidə olunub: Bu il 208 mikroavtobus istehsal edilib.

Kiçik yük maşınlarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 5961 maşından 3193 ədəd maşına enib.