10:59, 08 Noyabr 2019 (Cümə) 74

İranda güclü zəlzələ - Ölənlər var

İranda güclü zəlzələ - Ölənlər var


/ DÜNYA
İranın Şərqi Azərbaycan vilayətində 5,9 bal gücündə zəlzələ baş verib.
 
Xəbəri dövlət mediası yayıb.
 
Zəlzələ nəticəsində azı 5 nəfər həlak olduğu, azı 120 nəfərin yaralandığı xəbər verilir.
 
Rəsmi orqanlar leysan yağışların xilasetmə işlərini əngəllədiyini bildirir. Ərazidə 40-dan artıq afterşok qeydə alınıb.
 
Avropa Aralıq Hövzəsi Seysmoloji Mərkəzi zəlzələ episentrinin Təbriz şəhərinin 112 kilometrliyində olduğunu bildirib. Mərkəz 20 milyon adamın zəlzələni hiss etdiyi xəbər verir.

Zəlzələ Yerin 10 kilometr dərinliyində qeydə alınıb. Avropa Aralıq Hövzəsi Seysmoloji Mərkəzi zəlzələ episentrinin Təbriz şəhərinin 170 kilometrliyində olduğunu bildirib. Bu ərazidə tarix boyunca dağıdıcı zəlzələlərin baş verdiyi məlumdur.

2012-cin ildə Təbriz yaxınlığında baş vermiş iki zəlzələdə 300 nəfərdən çox ölən olmuşdu.

5 baldan güclü zəlzələlər əsaslı dağıntılarla nəticələnir.

İran ərazisi əsas çat xətlərinin üstündə yerləşdiyindən burada günə orta hesabla bir titrəyiş qeydə alınır.

Noyabrın 6-da verilən xəbərlərdə deyilirdi ki,Iranın cənubundakı Hormozqan vilayətində zəlzələ olub. Dövlət televiziyasının məlumatına görə, yeraltı təkanlar 5,4 bal gücündə olub. Avropa-Aralıq hövzəsi seysmoloji mərkəzinin məlumatına görə zəlzələ noyabrın 6-ı saat 11 radələrində baş verib.

İran seysmik cəhətdən həssas zonada yerləşdiyindən bu ölkədə tez-tez zəlzələ olur.

2003-cü ildə İranın Bəm şəhərində baş verən 6,6 ballıq zəlzələ nəticəsində 26 min adam ölmüşdü.