Dünya

İranda ilk dəfə koronavirus aşkarlanıb

19 Fevral, 2020
569
İran hakimiyyəti ölkədə ilk dəfə olaraq iki nəfərin yeni COVID-19 koronavirusuna yoluxduğunu təsdiqləyib.
 
AzadlıqRadiosu xəbər verir ki, xəbəri yarırəsmi ISNA xəbər agentliyi fevralın 19-da yayıb.

ISNA Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpura istinadla yazır ki, son iki gündə "yeni koronavirusla bağlı bəzi şübhəli hallar aşkarlanıb”.

Cahanpour iki təsdiqlənmiş yoluxma halının mərkəzi Qum vilayətinsə aşkarlandığını söyləyib.

"Testlər aparılır, nəticələr yekunlaşan kimi ictimaiyyətə açıqlanacaq”, – o deyib.

İran virusun yayılmasını önləmək üçün aeroportlarda təhlükəsizlik tədbirləri görüb.

Ukrayna hökumətinin Çində bur qrup ukraynalının evakuasiyası üçün ayırdığı çarter təyyarəsi yola düşüb. Təyyarə koronavirusun episentri sayılan Vuhan şəhərindən ukraynalıları və əcnəbiləri çıxarmaq üçün göndərilib.

SkyUp şirkətinə məxsus Boeing 737-700 təyyarəsi üç saat gecikməylə, fevralın 19-da səhər 2:50-də Kiyev yaxınlığındakı Borispol Beynəlxalq Aeroportundan qalxıb.

Təyyarə əvvəlcə Qazaxıstanın Almatı şəhərinə, oradan Hubey vilayətinin paytaxtına uçacaq.

Hubeydə ötən gün virusdan 132 yeni ölüm halının baş verdiyi açıqlanıb.

Ümumilikdə isə Pekin COVID-19 virusundan 2 min 4 nəfərin dünyasını dəyişdiyini bildirir. 74 min 185 nəfər virusa yoluxub.

Təyyarənin Kiyevə fevralın 20-də qayıdacağı planlaşdırılır.

Ukrayna Səhiyyə Nazirliyinin daha öncə bildirməsinə görə, 49 ukraynalı və 25 əcnəbi vətəndaşın evakuasiyası gözlənir. Əcnəbilər arasında İsrail, Norveç, Monteneqro, Argentina, Panama, Kosta Rika, Dominikan Respublikası, Ekvador və İspaniya vətəndaşları var.

Ukrayna həmin şəxsləri 14 günədək karantində saxlayacaq, amma saxlanma əraziləri "təhlükəsizlik səbəbləri”ndən açıqlanmır. Bunu Səhiyyə naziri Zoryana Skaletska fevralın 18-də Kiyevdə jurnalistlərə deyib.

Fevralın 18-də 20-dən çox adam qərbi Ternopil regionundakı sanatoriyada etiraz ediblər, evakuasiya olunanların oraya yerləşdirilə biləcəyindən narahatlıq dilə gətiriblər.

Onlayn uçuş datasına əsasən təyyarənin Ukraynanın qərbində yerləşən Lvova enəcəyini demək olar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə epidemiyaya qlobal səviyyədə aşırı reaksiyayla bağlı xəbərdarlıq edib. Buna alıcıların panik davranışı, tədbirlərin təxirə salınması, kruiz gəmi səyahətləri ilə bağlı narahatlıqların səslənməsi səbəb olub.

"Vəziyyətə uyğun tədbirlər görülməlidir. Əsassız addımların faydası olmaz”, – ÜST rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə jurnalistlərə deyib.
 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo