Dünya

İranda insanların seçkini boykot etdikləri deyilir

23 Fevral, 2020
517
İran mediası bildirir ki, cümə günü keçirilən parlament seçkisinin ilkin nəticələri 290 yerlik parlamentin 70 faizini mühafizəkarların, 20 faizini müstəqil namizədlərin, 10 faizini isə islahatçıların qazandığını göstərir. Lakin bir çox müşahidəçi ölkənin bir çox hissəsində seçici fəallığının az olduğunu söyləyir.

AmerikanınSəsi xəbər verir ki, Ərəb və İran mediasında yayılan həvəskar videoda İranda bir qrup kişinin seçki məntəqəsinin önündə seçki rəsmilərinin səsləri "oğurladıqlarını” dediyi göstərilib. Amerikanın Səsi bu iddianı təsdiqləyə bilməyib, lakin vətəndaş jurnalistlərin sosial mediada yerləşdirdikləri çox sayda videolarda seçki məntəqələrində seçici fəallığının çox aşağı olduğu göstərilib.

Sosial mediada həmçinin belə məlumat yayılıb ki, seçici fəallığı o dərəcədə aşağı olub ki, rəsmilər hər regiondakı dəqiq seçici fəallığını açıqlamaq əvəzinə ölkə boyu ümumi seçici fəallığını açıqlamağa qərar verib.

Seçici fəallığının aşağı olmasına baxmayaraq, İran mediasında prezident Həsən Ruhaninin cümə günü keçirilən seçkini "ölkə tarixində gözəl hadisə” adlandırdığı deyilib.

İranın Fars xəbər agentliyi Keşikçi Şurasının sözçüsü Abbas Əli Xadxodaiyə istinadən deyib ki, o, "ölkə boyu şuranın müşahidəçi şəbəkəsinin minlərlə üzvünə” seçkinin "düzgün keçməsini və insanların səslərinin yaxşı əllərdə olduğunu” təmin etdiklərinə görə təşəkkür edib.

Lakin sosial mediada yerləşdirilən fotolarda seçki rəsmilərinin qutuları yerə boşaldıb, səsləri əllə hesabladıqları göstərilib.

İranın sabiq prezidenti Əbulhəsən Bani Sədr Amerikanın Səsinə bildirib ki, onun gördüyü hesabatlara əsasən, iranlıların 80 faizi seçkini boykot edib, hökümət isə xalqdan belə bir reaksiya gözləmirdi.

O deyib ki, hökümət hələ də seçici fəallığının yüksək olduğunu təkid edir, baxmayaraq ki, rəqəmlər bunun əksinə işarə edir. Onun dediyinə görə, rəsmilər Xorramşəhr şəhərində 47.000 insanın səs verdiyini, eyni zamanda isə qalibin yalnız 9.000 səs aldığını bildirir. "Bu isə o deməkdir ki, böyük ehtimalla orada yalnız 17.000 insan səsvermədə iştirak edib və onlar əsl göstəricini üç dəfə artırıblar."

İranın parlament seçkisi həmçinin insanlarda, Qum daxil olmaqla, bir neçə şəhərdə aşkar olunan koronavirusla bağlı qorxuların artdığı vaxta təsadüf edib. Sosial mediada yer alan xəbərə görə, Tehranın yüksək vəzifəli bələdiyyə rəsmilərindən birinin koronavirusa yoluxduğu və cümə günü digər rəsmilər və seçicilərlə əl sıxışdığını deyilir.

Ərəb xəbər kanallarında İrandakı seçkilər lağa qoyulub və Livanın bir televiziya kanalında hətta "İranın yaxşı edə bildiyi yeganə şey koronavirusu yaymaqdır” deyilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo