12:07, 06 Dekabr 2018 (Cümə axşamı) 96

İranda terror aktı törədilib - ölənlər var

İranda terror aktı törədilib - ölənlər var


/ DÜNYA
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan ostanındakı Çabahar şəhərində terror aktı törədilib.

BBC xəbər verir ki, hadisə dekabrın 6-da şəhərin polis idarəsinin yaxınlığında baş verib.

Terrorçu-kamikadze partlayıçı quraşdırılan avtomobili Polis İdarəsinin yaxınlığında partladıb. Nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

Şahidlər partlayış ərazisindən atışma səslərinin eşidildiyini bildiriblər.