10:05, 15 Yanvar 2020 (Çərşənbə) 31

İranda Ukrayna təyyarəsinin vurulması ilə bağlı həbslər həyata keçirilir

İranda Ukrayna təyyarəsinin vurulması ilə bağlı həbslər həyata keçirilir


/ DÜNYA
İranın Ədliyyə Nazirliyi 176 sərnişinli Ukrayna təyyarəsinin vurulması ilə bağlı həbslər edildiyini bəyan edib.

AmerikanınSəsi xəbər verir ki, bəyanat sərnişin təyyarəsinin vurulması və rəsmilərin qəzanın səbəblərini ört-basdır etməsi səylərinə etiraz olaraq, İranda günlərdir davam edən aksiyalar fonunda verilib.

İnternetdə yerləşdirilən videolarda görünür ki, Tehranda və İranın digər şəhərlərində nümayişlər keçirən etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib.

Daha əvvəl təyyarənin vurulduğunu inkar edən rəsmi Tehran ötən şənbə günü təyyarənin vurulduğunu etiraf edib.

Bundan əvvəl İran prezidenti Həsən Ruhani Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyanların cəzalandırılacağına söz verərək, insidenti "bağışlanılmaz" adlandırıb.

İran dövlət televiziyasında çıxış edən Ruhani xüsusi məhkəmənin yaradılmasına çağırıb və deyib ki, "bütün dünya bunu izləyəcək".

"Biz bu insidentin bütün tərəflərinin araşdırmağa, buna görə məsuliyyət daşıyanları cəzalandırılmağa və insanları bu kimi insidentlərin bir daha baş verməyəcəyinə əmin etməkdə davam edəcəyik" - deyə, Ruhani bildirib.

İran prezidenti hökumətin qəza ilə əlaqədar İran xalqı və digər millətlər qarşısında məsuliyyət daşıdığını bildirib.

İran Baş Prokurorluğunun sözçüsü Qulamhüseyn İsmaili yaydığı açıqlamada qəza ilə əlaqədar bəzi şəxslərin saxlanıldığını bildirib. Lakin saxlanılanların kim olduğu və neçə nəfər olduğu məlum deyil.

İranın İnqilab Keşikçiləri Korpusunun aviasiya şöbəsinin rəhbəri Əmir Əli Hacızadə təyyarənin vurulmasının tam məsuliyyətini üzərinə götürüb. O deyib ki, "kaş mən öləydim”.

İranın ABŞ-ın təhdidiləri altnda olduğu bir vaxt nəyə görə beynəlxalq hava limanı və ya hava məkanını bağlamadığı suallar doğurur.

Bu arada Səhiyyə Nazirliyi çərşənbə axşamı günü 30-ya yaxın nümayişçinin saxlanıldığını və daha sonra onların bir neçəsinin azad edildiyini bildirib. Saxlanılanlar arasında iranlı kino-rejissorun da olduğu deyilir.

İran rəsmiləri Britaniya səfiri Rob Makkeyri də qısa müddətə nəzarət altına alıb.

Britaniya da bunun qarşılığında İran səfirinə həbslə bağlı etiraz notası verib.

Ukraynanın paytaxtı Kiyevə iqtiqamət alan təyyarədə 167 sərnişin və uçuş heyətinin 9 üzvü olub. Onlardan 82-si iranlı, 57-si kanadalı, 11-i ukraynalı olub. Sərnişinlərin bir çoxu ikili vətəndaşlığa malik olub. 1-i körpə olmaqla bir neçə uşaq hadisə qurbanları arasındadır.