12:00, 27 Sentyabr 2019 (Cümə) 77

İranın Britaniya tankerini buraxdığı bildirilir

İranın Britaniya tankerini buraxdığı bildirilir


/ DÜNYA
Gəmilərin hərəkətini izləyən şirkət Britaniya bayrağıyla üzən neft tankerinin İranın Bender Abbas limanından çıxdığını bildirir. Tanker heyəti ilə birlikdə iyulda saxlanmışdı.

Bu barədə Azadlıq Radiosu xəbər verib.

Xəbərdə deyilir ki, refinitiv şirkətinin sentyabrın 27-də səhər bildirməsinə görə, Stena Impero limandan çıxan kimi "Port Rashid”ə istiqamətlənib. Port Rashid Birləşmiş Ərəb Əmirliklərində, Dubayda kommersiya limanıdır.

Ancaq gəminin İrandan çıxmasına dair rəsmi informasiya gəlməyib.

İyulun 21-də saxlananda gəmi Səudiyyənin Cubail limanına gedirdi.

İran hakimiyyəti Stena Impero və heyətinin beynəlxalq gəmiçilik qaydalarını pozduğunu bildirir. Stena Impero isə ittihamları rədd edir.

Bundan iki həftə öncə isə Britaniya qüvvələri Cəbbərültariqdə İranın neft tankerini saxlamışdı. Həmin tanker sonradan buraxıldı.