15:48, 04 Dekabr 2018 (Çərşənbə axşamı) 127

İsgəndər Həmidov xəstəxanaya yerləşdirilib

İsgəndər Həmidov xəstəxanaya yerləşdirilib
Keçmiş daxili işlər naziri, Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov xəstəxanaya yerləşdirilib.

Bu haqda Turan-a onun yaxınları bildiriblər.

Yaxınlarının dediyinə görə, dekabrın 3-də İ.Həmidovun səhhətində problemlər yaranıb. Sağlıq probleminin ürəklə əlaqəli olduğu bildirilib.

İ.Həmidov hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdirilib, müayinə və müalicə altındadır. Keçmiş nazirin durumu normaldır.

İ.Həmidov 1992-1993-cü illərdə daxili işlər naziri vəzifəsində çalışıb. O, 1995-2004-cü illərdə həbsdə olub. Korrupsiya və səlahiyyət həddini aşma ittihamları ilə 15 il azadlıqdan məhrum edilən İ.Həmidov 2004-cü ildə əfv sərəncamı ilə azadlığa çıxıb.