10:40, 28 Oktyabr 2019 (Bazar ertəsi) 68

İŞİD lideri öldürülüb

İŞİD lideri öldürülüb


/ DÜNYA
İŞİD lideri Əbubəkr əl-Bağdadi dünən gecə ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.
 
Bunu Donald Tramp televiziya kanallarında canlı yayımlanan açıqlamasında bildirib:
 
"Dünyanın bir nömrəli terrorçu lideri öldü".

Trump əməliyyatı "Suriyanın şimal-qərbində gecə saatlarında təşkil edilmiş təhlükəli və çətin tapşırıq" olaraq səciyyələndirib.

O, ABŞ xüsusi qüvvələrinə aid qrupları daşıyan vertolyotların şənbə günü gecə saat 23:00-da gizli nöqtədən havaya qalxdığını söyləyib.

Trump əməliyyatın başladıqdan sonra özü ilə birlikdə ABŞ hakimiyyətinin kəşfiyyat və beynəlxalq təhlükəsizlik orqanlarının başındakı adamların Ağ Evdə yenilikləri canlı olaraq izlədiyini bildirib.

Trump-ın dediyinə görə əməliyyat təxminən iki saat davam edib, ABŞ əsgərlərini daşıyan vertolyotların müxtəlifyönlü uçuşu 1 saat 10 dəqiqə çəkib.

ABŞ mətbuatına verilən  məlumata görə, bazar günü səhər saatlarında ABŞ xüsusi qüvvələrinin İdlib vilayətinə aid Barişa kəndindəki bir binada əməliyyata başladığını söyləyiblər.

Sözügedən kənd Türkiyə sərhədlərindən təxminən 5 kilometr uzaqlıqdadır.

Tramp ABŞ-ın kəşfiyyat orqanlarnın Bağdadini son bir neçə həftədir izlədiyini deyib və əməliyyatın təşkil edildiyi binanın altında çox sayda tunel olduğu haqda kəşfiyyat orqanlarında məlumat olduğunu bildirib.

Əməliyyata ABŞ-ın regiondakı gəmiləri ilə bərabər hərbi təyyarələrinin də qatıldığı açıqlanıb.

ABŞ hökuməti Bağdadinin ələ keçirilməsinə kömək edən məlumat üçün 25 milyon dollar mükafat vəd edirdi.
 
ABŞ rəsmisi Robert O Brayen bildirib ki, əl-Bağdadinin meyitinin qalıqları "Əl Qaidə" terror qruplaşmasının rəhbəri Üsamə bin Ladenin meyitinin qalıqları kimi dənizə atılacaq.