14:30, 16 Oktyabr 2019 (Çərşənbə) 857

İspaniya Türkiyəyə silah satışını dayandırır

İspaniya Türkiyəyə silah satışını dayandırır


/ DÜNYA
İspaniya Türkiyənin Suriyada apardığı "Barış pınarı” (sülh çeşməsi) əməliyyatında istifadə edəcəyi silahların satışını dayandıracağını bildirib.
 
Məlumatı Türkiyənin "Haberler.com" saytı yayıb.

Bununla İspaniya Türkiyəyə silah satışını dayandıran 9-cu ölkə olub. İspaniya tərəfi NATO çərçivəsində hərəkət edəcəyini açıqlayıb. Ümumilikdə Finlandiya, Norveç, İsveç, Niderland və İtaliya, İngiltərə, Fransa, Çexiya və İspaniya silah satışına qadağa qoyub.

Rusiya isə bildirib ki, Suriyada türk əsgərinin qalmasına qarşıdır: "Onlar sadəcə 10 km-likdə təhlükəsiz bölgə yarada bilər”.

Çin də Ankaranı başlatdığı əməliyyat dayandırmağa, Türkiyəni doğru yola geri dönməyə çağırıb.

ABŞ prezidenti Donald Tramp, prezident köməkçisi Mike Pencenin və ABŞ-ın xarici işlər naziri Mike Pompeonun sabah Türkiyəyə gedəcəyi açıqlayıb. Ağ Ev məsələ həll olunana qədər Türkiyəyə sanksiyaların davam edəcəyini bildirib. ABŞ nümayəndələri 17 oktyabrda baş tutacaq görüşdə Suriyada ataşkəs məsələsini gündəmə gətirəcəklərini bildiriblər. Növbəti görüşün noyabırın 13-də Vaşinqtonda gerçəkləşəcəyi xəbəri ictimaiyyətə açıqlanıb.

Oktyabırın 15-də Tramp "twitter” hesabında Türkiyəyə qoyulacaq sanksiyaların tərkibini açılayıb: dəmir-alminium idxalına 50% gömrük vergisi qoyulur və Türkiyəyə 100 mlrd doarlıq icarət anlaşması ləğv edlir.

"Türkiyənin hərbi hücumu mülki insanları təhlükə altına qoyur və bu, bölgədəki sülh, təhlükəsizlik və sabitliyə təhdiddir. Türkiyənin bu hərəkəti bölgədə insani böhran və mümkün müharibə cinayətlərinə şərait yaradır” - deyə, ABŞ tərəfi bildirib.

Roza Məmmədova