11:31, 18 Sentyabr 2019 (Çərşənbə) 40

İspaniyada növbədənkənar parlament seçkisi keçiriləcək

İspaniyada növbədənkənar parlament seçkisi keçiriləcək


/ DÜNYA
İspaniyada növbədənkənar parlament seçkisi təyin olunub. 

Novator.az-ın məlumatına görə, seçki noyabrın 10-da keçiriləcək.

Parlamentin aşağı palatası 2018-ci il iyunun 1-də Sosialist Partiyasının sədri Pedro Sançesi baş nazir seçib. 

Sosialistlər 350 nəfərlik parlamentdə 84 nəfərlə təmsil olunduqları üçün qərarların qəbulunda çətinlik çəkiblər, bu səbəbdən 2019-cu il aprelin 28-də növbədənkənar seçki keçirilib. Həmin seçkidə Sosialist Partiyası 123 mandat əldə edib. Hökumət qurmaq üçün 176 mandat tələb olunduğundan sosialistlər digər partiyalarla koalisiya danışıqları aparıb, ancaq uğur qazana bilməyiblər.