12:10, 20 Noyabr 2019 (Çərşənbə) 46

İsrail Suriyada İranın hərbi obyektlərinə hava zərbələri endirib

İsrail Suriyada İranın hərbi obyektlərinə hava zərbələri endirib


/ DÜNYA

İsrail Suriya ərazisinə hava zərbələri endirib.

"Reuters" xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü, polkovnik-leytenant Aviçay Adraee bildirib.

"Dünən Suriyadan İsrailə yönələn raket atəşinə cavab olaraq hərbi təyyarələrimiz İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri və Suriya ordusuna məxsus hərbi obyektlərinə hava zərbələri endirilib. İranın mövqeyi İsrailin təhlükəsizliyinə, regionun stabilliyinə və Suriya hakimiyyətinə təhdiddir”, - deyə İsrail ordusunun sözçüsü qeyd edib.