18:10, 25 Sentyabr 2019 (Çərşənbə) 430

İsrail vətəndaşlarını Azərbaycana getməməyə çağırıb

İsrail vətəndaşlarını Azərbaycana getməməyə çağırıb


/ DÜNYA
İsrailin Milli Təhlükəsizlik üzrə Dövlət Qərargahı əhaliyə xüsusi müraciətində sentyabr-oktyabr aylarında qeyd olunan üç milli bayram günlərində bir çox ölkəyə, o cümlədən Azərbaycana getməməyi tövsiyə edib.

Bu barədə "Novator.az" məlumat verib.
 
Verilən məlumata görə, müraciətdə qeyd olunur ki, Misir, Türkiyə və İordaniyada yəhudilərə hücum çağırışlarına həssas qruplar var, həmin ölkələrə səfər təhlükəlidir.

Dövlət Qərargahı İsrail vətəndaşları üçün riskli ölkələr siyahısında Azərbaycan, Gürcüstan, Ermənistan və Türkmənistanı da göstərir, habelə Fars körfəzi, Afrika, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinə səfər etməməyi məsləhət bilir.

Milli təhlükəsizlik qurumu İsrail vətəndaşlarının İraq, Suriya, Livan, Səudiyyə Ərəbistanı, Yəmən və İrana səfərlərinin qanunla qadağan olunduğunu da xatırladır.