20:05, 25 Oktyabr 2020 (Bazar) 141

İsraildən Azərbaycana yardım

İsraildən Azərbaycana yardım
İsrail Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə humanitar və tibbi yardım göndərib. Məlumatı yayan "Yedioth Ahronoth" qəzeti yazır ki, İsrail əvvəlcə Ermənistana humanitar yardım təklif edib, ancaq indiyə kimi erməni tərəf cavab verməyib.

"Azərbaycan tərəfi bu yaxınlarda Gəncə şəhərindəki güllə atəşindən əziyyət çəkən onlarla mülki şəxsə humanitar və tibbi yardım üçün müraciət edib, İsrail isə qızdırıcılar, isti paltarlar, odeyal, ilk yardım dəstləri və digər əsas ehtiyacları təmin edib" – qəzet yazır. 

İsrail ikinci yardım partiyası oktyabrın 24-də Gəncəyə çatdırılıb. 

Oktyabrın 23-də İsrailin Azərbaycandakı səfiri George Dick Gəncəyə səfər edib.

Oktyabrın 11 və 17-də gecə saatlarında Ermənistanın atdığı raket zərbələri nəticəsində Gəncədə onlarla sakin ölüb, çoxlu insan yaralanıb. 

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.