Sosial

İsrailin Azərbaycandakı səfiri: "Vədimi yerinə yetirə bilmədim"

16 Noyabr, 2020
492
İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistanın Gəncəyə raket zərbələri nəticəsində həlak olan 13 yaşlı Artur Mayakov barədə paylaşım edib.

Səfir bu barədə öz "Tvitter” hesabında yazıb.

"İsrailin Azərbaycandakı səfiriyəm. 12 ildir diplomatam. Mən, ümumiyyətlə, vədlərimi yerinə yetirənəm, ancaq bu sözümü tuta bilmədim. Bir-iki həftə əvvəl raket zərbəsinə məruz qalmış Gəncə şəhərini ziyarət etdim. Yaşayış yerlərinə dəyən ziyana baxmaq üçün getmişdim. Bir çox yerli sakin qorxunc hekayələri paylaşmaq üçün mənimlə danışmağa gəlmişdi. Sonra təxminən 12 yaşında bir gənc oğlan mənə yaxınlaşdı. İsrailin yaxşı həkimləri olduğunu eşitdiyini söylədi. İsrailin xəstəxanada olan dostunu xilas edə bilib-bilməyəcəyini soruşdu. Xalası mənə şəkillər göstərdi. Gözləri dolmuşdu: "Bombardıman nəticəsində yaralanıb, xəstəxanada komadadır. O, yaxşı uşaqdır. Xahiş edirəm ona yardım edin, - dedi. 
Bu hekayə mənə dərindən toxundu", - səfir qeyd edib. 

O bildirib ki, 13 yaşlı Arturu xilas etmək mümkün olmayıb: "Kömək edəcəyimə söz verdim. Oğlanın adını götürdük. Bu, Artur Mayakov idi. Artıq həmin axşam nə edə biləcəyimizi düşündük. Ancaq vədimi yerinə yetirə bilmədim. İki gün sonra Artur aldığı yaralardan öldü. 13 yaşında idi. Ürəyim ağrıdı. Bir neçə gün öncə Bakıdakı rus pravoslav kilsəsinə baş çəkdim. Artur üçün dua etdim və şam yandırdım. Verdiyim sözə əməl etmədiyim üçün bağışlanmağımı dilədim. Ruhun şad olsun, Artur. Qoy bu bölgənin uşaqları bundan sonra sülh içində yaşasınlar”, - deyə Corc Dik yazıb.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayıb.

Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskavada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb.

Oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik "Skad” (Scud) raketi ilə endirilib.

Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Bundan sonra, oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Son məlumatlara görə, 16 nəfər həyatını itirib, 55 nəfər isə yaralanıb. 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo