Dünya

İstanbul bələdiyyə sədrliyinə seçkinin nəticəsini ləğv edib

7 May, 2019
488
Türkiyə Yüksək Seçki Şurası İstanbulda bələdiyyə sədrliyinə seçkinin nəticəsini ləğv edib.

Bununla bağlı qərar iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) aprelin 20-də etdiyi şikayətə əsaslanaraq qəbul edilib.

Yüksək Seçki Şurasının 11 üzvündən 7-si İstanbul bələdiyyə sədri seçkisinin ləğv edilməsinin lehinə, 4-ü isə əleyhinə səs verib.Yüksək Seçki Şurasının iqtidar partiyasının şikayətində hansı motivləri haqlı gördüyünə dair heç bir məlumat verilməyib.Yüksək Seçki Şurasının qərarının Şuranın AKP-li üzvünün sosial media hesabından açıqlanmasından sonra bələdiyyə sədri Ekrem İmamoğlu "YSŞ-nın rəsmi qərarı açıqlansın, İstanbulun ən gözəl yerindən mən də açıqlama verəcəyəm.Hər şey çox gözəl olacaq,ümidinizi itirməyin" - deyib. Qeyri-rəsmi məlumata görə, İstanbul bələdiyyəsinə yeni seçkinin iyunun 23-də keçirilməsi planlaşdırılıb.Yüksək Seçki Şurası İstanbulun rayon bələdiyyələrində seçkinin normal keçirildiyini və rayonlarda yeni seçkiyə ehtiyac olmadığına qərar verib.

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkisində ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) ölkə metropollarının əksəriyyətində qalib gəlib.Yüksək Seçki Şurası CHP-nin qalib gəldiyi Adana,Mersin,Antalya,Muğla,İzmir,Aydın,Çanakkale,Edirne,Bolu,Ankara şəhərlərində bələdiyyə sədrlərinin mandatlarını qısa müddətdə verib.İqtidardakı AKP-nin və onun kiçik ortağı Milliyyətçi Hərəkat Partiyasının (MHP) etirazlarına görə,İstanbuldakı mübahisəli bülletenlər təzədən sayılıb. Seçkinin ilk qeyri-rəsmi nəticəsinə görə, AKP-dən olan rəqibindən 29 min artıq səs toplayan Ekrem İmamoğlun ilə rəqibi Binali Yıldırım arasındakı səs fərqi 13 minə düşüb.Səslərin sayılması başa çatandan sonra Yüksək Seçki Şurası AKP-nin 3 çamadanlıq şikayət ərizələrini və dəlilləri araşdırmağa başlayıb.Yüksək Seçki Şurası aprelin 16-da CHP-nin namizədi Ekrem İmamoğlunun sədr mandatını verib və İmamoğlu İstanbulun bələdiyyə sədri kimi fəaliyyətə başlayıb.Şurada təhqiqatların davam etdiyi vaxtda AKP sədri və prezident Erdoğan "İstanbulda ahalinin yenidən seçki tələb etdiyini və YSŞ-nin bunu nəzərə almağa məcbur olduğunu" bildirib. 

MHP lideri Devlet Bahçeli də Yüksək Seçki Şurasını "İctimaiyyətin vicdanını qane edən qərar qəbul etməyə" çağırıb.CHP tərəfi isə Yüksək Seçki Şurasının bir an əvvəl seçkinin nəticəsini təsdiq etməkdən başqa hüquqi yolu olmadığını vurğulayıb.Şikayətlərin təhqiq edilməsi prosesində siyasi müşahidəçilər Yüksək Seçki Şurasının iqtidarın təzyiqi altında qaldığını bildiriblər.

Yüksək Seçki Şurasının rəsmi qərarının açıqlanmasından sonra İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu vəzifəsindən ayrılacaq.Bələdiyyə sədrinin vəzifəsini qəyyum kimi müvəqqəti şəkildə İstanbul qubernatorunun müavinlərindən biri icra edəcək.

Yüksək Seçki Şurasının qərarı ilə bağlı Ekrem İmamoğlunun təfərrüatlı açıqlama verməsi gözlənilir.
 
Turan İA

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo