Siyasət

İstanbul Konvensiyasının imzalanması təklifi hökumətə təqdim olunub

21 Oktyabr, 2019
1217
İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketi Hökumətə təqdim olunub.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi oktyabrın 20-də Bakıda keçirilən yürüşlə bağlı açıqlama verib.

Açıqlamada bildirilir ki, yürüşdə Azərbaycan Respublikasının "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının Konvensiyasının (İstanbul Konvensiyası) imzalanması və ratifikasiya edilməsi və "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarotta Konvensiyası) ratifikasiya edilməsi barədə bəyanatlar səsləndirilmişdir.

Komitənin açıqlamasında deyilir:

"Təəssüflər olsun ki, hazırda bütün dünyada hər 3 qadından 1-i fiziki və ya cinsi zorakılığa məruz qalır. Dünyada hər il zorakılıq səbəbindən 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir. Bütün bunlar onu göstərir ki, zorakılıq nə coğrafi sərhəd, nə də yaş hədi tanıyır.

Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bütün dünyada qadınlara qarşı zorakılığın miqyası ildən-ilə genişlənir. Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması Hökumətin əsas prioritetləridir.

Lanzarotta Konvensiyasının ratifikasiya edilməsi və İstanbul Konvensiyasının imzalanması və ratifikasiya edilməsi istiqamətində ölkəmizdə mühim addımlar atılmaqdadır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının Azərbaycanın müvafiq bəyənatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunub.

BMT-nin CEDAW Komitəsi tərəfindən Azərbaycan hökumətinin 5-ci dövri məruzəsi ilə bağlı (2015-2018) ölkəmizə qadınların hüquqlarının təşviqi məqsədi ilə bir neçə mühim addımların atılması, o cümlədən İstanbul Konvensiyasına qoşulması tövsiyə olunub.

Azərbaycan Respublikası tərəfindən İstanbul Konvensiyasının imzalaması əsasən qadınların hüquqlarının pozulmasına dair şikayətlərə baxılması mexanizmlərinin gücləndirilməsi, qadınların zorakılığın bütün formalarından müdafiə olunması, qadınlara qarşı zorakılığın qarşısının alınması, təqib edilməsi və qaldırılması, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, qadınların səlahiyyətlərinin genişləndirməsi də daxil olmaqla kişi ilə qadın arasında real bərabərliyi təşviq etmək, qadınlara qarşı zorakılıq və məişət zorakılığının bütün qurbanlarının müdafiəsi və onlara yardım üçün hərtərfli qanunvericilik bazası, siyasət və tədbirlərin hazırlanması məqsədi daşıyır.

İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketi Hökumətə təqdim olunub.

Azərbaycan Hökuməti gender əsaslı zorakılığın qarşısının alınması sahəsində çox mühüm işlər görür. İlk növbədə qanunun implementasiyası üçün hakimlər və vəkillər üçün təlimlər keçirilib.

Hazırda Yerli İcra Hakimiyyəti orqanlarında yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qruplarının fəaliyyətinin və iş keyfiyyətinin daha da gücləndirilməsi üçün Komitə tərəfindən "Məişət zorakılığından müdafiə mexanizmləri” mövzusunda təlimlər keçirilir, seminarlar təşkil olunur.

Həmçinin "Məişət zorakılığını qarşısının alınması haqqında Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.

Sosial sifariş əsasında yerlərdə qeyri-dövlət yardım mərkəzlərinin yaradılması planlaşdırılıb və uğurla həyata keçirilməkdədir.

Hüquq-mühafizə orqanlarında qadınların sayının artırılması, qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması sahəsində görülən işlərin uğurlu nəticəsi olaraq qəbul edilməkdədir.

Məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin aparılması, risk qrupuna daxil olan ailələrin qeydiyyata alınması və həmin ailələrlə Qanunda nəzərdə tutulan yardımların göstərilməsi vacib məsələlərdən biridir. Bu məqsədlə məişət zorakılığının qarşısının alınması istiqamətində hüquqi, sosial və qabaqlayıcı tədbirlər qanuna müvafiq olaraq həyata keçirilir, eyni zamanda qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı müvafiq tədbirlər görülür."


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo