İqtisadiyyat

"İstəyirlər ki, sosial yardım alanların sayı az olsun" - İqtisadçı

17 Avqust, 2019
631
Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri imzalayıb. 

Yeniliyə görə, əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat müəyyən olunur.

Hazırda minimum pensiya 160 manatdır.

Pensiyaların indeksləşdirilməsi qaydası da dəyişir.

İndi əmək pensiyaları ildə bir dəfə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir. 

Proses Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.

Dəyişikliyə əsasən, əmək pensiyasının yalnız sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək.

Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalını isə ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirmək nəzərdə tutulur.

Toplum Tv-yə danışan iqtisadçı Toğrul Maşallı bunun əvvəlcədən planlaşdırıldığını və gözlənilməz olmadığını bildirib: "Minimum pensiyanın artırılması ilə bağlı qabaqcadan elan verilmişdi. Əmək haqlarının sentyabrın 1-də, pensiyanın isə oktyabrın 1-də qüvvəyə minməsi maraqlıdır.  Bu ilin əvvəlindən bütün minimumlar artrılıb. Təkcə artırılmayan ehtiyac meyarıdır ki, o da olduğu kimi qalıb. Ehtiyac meyarı əsasən ünvanlı sosial yardımla bağlıdır. Ümumiyyətlə, ehtiyac meyarını bu rəqəmdə saxlayırlar ki, sosial yardım alanların sayı az olsun. Rəsmi göstəricilərə görə, ünvanlı sosial yardım alanların sayı son bir il ərzindən bir neçə dəfə azalıb. Məntiqlə istehlak səbəti artırıldığına görə ehtiyac meyarı da artırılmalıdır". 

İqtisadçının fikrincə, bütün bu dəyişikliklər ölkədə inkişafın olduğunu göstərməyə yönəlik addımlardır: "İlin əvvəlindən bizdə hakimiyyət çalışır ki, makroiqtisadi göstəricilər düzəltsin. İnflyasiya aşağı səviyyədə saxlanılır. Statistika Komitəsi, Mərkəzi Bank və digər dövlət qurumları bəzi göstəriciləri açıqlamır. Yəni ilin əvvəlindən çalışırlar ki, bütün mənfi göstəriciləri aşağı salsınlar. Son zamanlar bir tendensiya da var ki, ölkədə muzdlu işləyənlərin sayı artıb. Bu göstərici illərdir ki, çox aşağı dərəcədə idi. Bu yolla ölkədə işsizlik dərəcəsini aşağı salmaq istəyirlər. Çalışırlar göstərsinlər ki, Azərbaycanda müsbət dəyişiklər baş verir və inkişaf edir". 

Toğrul Maşallının sözlərinə görə, bunun fəsadları neftlə bağlı olacaq: "Azərbaycan iqtisadiyyatı  neft və qazdan asılı olduğu üçün əsas xərclər bunun hesabına yaradılır. Bunun fəsadlarını isə biz neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi zamanı görəcəyik. Nə qədər desələr ki, biz inkişaf edirik, amma ölkə ixracında neftdən sonra ikinci yeri kənd təssərüfatı malları durur. Kənd təsərrüfatının ixracı ilə isə inkişaf olmur".
 
Əbülfət Baxşəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo