17:27, 03 İyun 2019 (Bazar ertəsi) 95

İsveç məhkəməsi Julian Assange barədə həbs məsələsinə baxacaq

İsveç məhkəməsi Julian Assange barədə həbs məsələsinə baxacaq


/ DÜNYA
İyunun 3-də İsveçdə məhkəmədə WikiLeaks saytının qurucusu Julian Assange barədə qiyabi saxlanma məsələsi üzrə qərar verəcək.
 
Bu barədə AzadliqRadiosu məlumat verib. 

Prokurorlar Uppsala şəhərindəki məhkəmə qarşısında vəsatət qaldıraraq hazırda Britaniyada həbsdə olan Assange barəsində 2010-cu il zorlama iddiası üzrə saxlanma qərarı çıxarılmasını istəyib. Assange özü iddiaları rədd edir.

Məhkəmə saxlama qərarı çıxararsa, prokurorlar Assange barəsində həbs orderi verərək onun İsveçə ekstradisiyasını istəməyi planlaşdırırlar.

47 yaşlı avstraliyalını Britaniya polisi apreldə saxlayıb. O, Londondakı Ekvador səfirliyində yeddi il qalmışdı.

Daha sonra zaminlik qaydalarına pozduğuna görə 50 həftəlik həbsə məhkum edilib.

İsveç zorlama iddiaları üzrə təhqiqatı mayda bərpa edib. Bu iş Assange Ekvador səfirliyinə sığınandan sonra, 2017-ci ildə bağlanmışdı.

Birləşmiş Ştatlar da Assange-nın ekstradisiyasımı istəyir, o, məxfi informasiyanı yaymaqda, ABŞ ordusunun keçmiş kəşfiyyat analitikinə məxfi informasiya əldə etməkdə yardımda ittiham olunur.

Mayın 30-da Britaniya məhkəməsi ABŞ-ın ekstradisiya xahişinə baxmağı təxirə salıb. Assange-nın çox xəstə olduğu bildirilib. Məhkəmə iyunun 12-nə təyin olunub.