20:04, 08 İyul 2019 (Bazar ertəsi) 36

İtalyada azərbaycanlı şairə heykəl qoyulacaq

İtalyada azərbaycanlı şairə heykəl qoyulacaq
İyunun 8-də İlham Əliyev  İtaliyanın turizm, meşəçilik, qida və kənd təsərrüfatı naziri Gian Marko Centinaionu qəbul edib.
 
Bu barədə prezidentin rəsmi saytından məlumat verilib.

Görüş zamanı müxtəlif sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi və qarşılıqlı səfərlərin sayının artırılması məsələləri müzakirə edilib.

İtaliyalı nazir qeyd edib ki, ötən il İtaliya prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli münasibətlər canlandırılıb və daha da genişləndirilir.

Tərəflər turizm və mədəniyyət sahəsində birgə layihələrin reallaşması ideyasına toxunublar. 

Əsasən Romada 12-ci əsr Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəlinin ucaldılması və Azərbaycanın Romada aparılan arxeoloji işlərə verdiyi dəstəklə bağlı məsələlər müzakirə olunub.