Sosial

İtkin düşən uşaqların sayı artıb

9 Avqust, 2019
594
Azərbaycanda axtarışda olan cinayətkarların, eləcə də itkin düşən uşaqların sayı artıb.

Bu barədə "Trend” İnformasiya Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki,  2018-ci il ərzində Azərbaycanda 964 (2017-ci ildə 914 nəfər) nəfər itkin düşüb ki, onların 136-sı 18 yaşadək uşaq olub.  

2017-ci ildə itkin düşən uşaqların sayı 105, 2016-cı ildə 129, 2015-ci ildə 116, 2010-cu ildə isə 137 olub.

Ötən il axtarışda olan cinayətkarların 52-si 14-17 yaşlı uşaq olub. 

2017-ci ildə isə belə uşaqların sayı 47-dir.

Ötən il axtarışda olanların 1420-si (2017-ci ildə1603) dələduzluq, 888-I (2017-ci ildə 718) oğurluq, 139-u hərbi xidmət əleyhinə, onlardan 61-i fərarilik (2017-ci ildə 147-si hərbi xidmət əleyhinə, onlardan 62-si fərarilik), 52-si dövlət hakimiyyəti əleyhinə (2017-ci ildə 34), 41-i banditizm (2017-ci ildə 42), 123-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd (2017-ci ildə 103) və s. ilə bağlı cinayət törədib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Toplum.tv-tə bu araşdırmanın inandırıcı olmadığını deyib: "Bu, absurd fikirdir. Ölkədə itkin düşüb tapılmayan uşaqlar 1 və ya 2 faizdir. Həmin xəbərdə itkin düşən uşaqların sayı göstərilməyibsə, inandırıcı deyil. Bu barədə rəsmi orqanlardan münasibət almaq gərəklidir. Ən doğrusunu onlar bilir".
 
 
Kəmalə Ağazadə 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Əbülfət Baxşəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo