17:59, 16 Sentyabr 2019 (Bazar ertəsi) 68

İxrac olunan neft məhsullarının həcmi azalıb

İxrac olunan neft məhsullarının həcmi azalıb
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 685 579,05 ton həcmində neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, bu həcmdə neft məhsullarının dəyəri 335 408,6 min ABŞ dolları təşkil edib.

Bu ilin səkkiz ayında ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 11%, dəyəri isə 14,5% azdır.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,48% olub.