12:27, 09 İyul 2019 (Çərşənbə axşamı) 58

İyunda Azərbaycanda körpələrə yeni adlar qoyulub - Siyahı

İyunda Azərbaycanda körpələrə yeni adlar qoyulub - Siyahı
Bu ilin iyun ayı ərzində Azərbaycanda körpələrə qoyulan yeni adlar məlum olub.

Bu barədə "Report.az"a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova açıqlama verib.

Açıqlamada deyilir ki, komissiyanın nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən ötən ay üzrə daxil olan adlar arasında 14-ü yenidir.

Onun sözlərinə görə, yeni adların hamısına müsbət cavab verilib və körpələrə qoyulmasına etiraz edilməyib. 

İyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 32 müraciətə baxılıb. Həmin adlardan 18-nin qoyulmasına qadağa qoyulub. 

Valideynlər tərəfindən körpələrə qoyulan adlar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan yeni adlardır: 

- Teynur
- Üzarə
- Ütkün
- Tuğral
- Yasir
- Züheyr
- Sərkut
- Saygün
- Minzər
- Mahnur
- Mahruy
- Qantürk
- Qəlbiyə
- Künhan