Siyasət

Johannes Hahn: "Azərbaycan diqqətini iqtisadi tərəfə yönəldib, lakin bizim sazişlərimizdə insan haqları da var"

16 May, 2019
439
Azərbaycan prezidenti İlham Əliyev "Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbirdə iştirak üçün mayın 13-dən Brüsseldə səfərdə olub.

Bir çoxları bu səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin nəhayət imzalanacağını gözləyirdilər. Lakin bu baş verməyib.

AzadlıqRadiosunun müxbiri bunun niyə baş vermədiyi barədə sualı Avropa İttifaqının genişlənmə üzrə komissarı Yohannes Hahna verib. Cənab Hahn deyib: "Bu məsələdə daha önəmli olan keyfiyyət, daha az önəmli olan sürətdir. Biz Azərbaycanla həm Avropa İttifaqı, həm də Azərbaycan üçün həlledici əhəmiyyətə malik sazişə dair danışıqların son mərhələsindəyik. Biz bu danışıqlara 2015-ci ildə başlamışıq. Odur ki, mənim üçün bu sazişin mayda və ya iyunda hazır olması önəmli deyil. Düşünürəm ki, bu, qarşıdan gələn bir-iki həftədə həll olunacaq”.

AzadlıqRadiosunun müxbiri daha sonra cənab Hahndan soruşub ki, bu sazişin imzalanmasına mane olan əsas əngəllər nədir və sazişdə insan haqlarına dair müddəalar yer alacaqmı? Johannes Hahn deyib: "Burada əlbəttə insan haqlarından nəsə olacaq. Əslində bu, açığını deyim, vaxtın bu qədər uzanmasının səbəblərindən biridir. Azərbaycan diqqətini daha çox bizim üçün də mühüm olan iqtisadi tərəfə yönəldib. Lakin bizim bütün partnyorlarımızla sazişlərimizdə insan haqlarına dair fəsil var”.

​Daha sonra AzadlıqRadiosu müxbiri İlham Əliyev və Nikol Pashinian arasında görüş barədə sual verib. Hahn təsdiq edib ki, bu görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub:

"Hər ikisi bu məsələni qaldırdılar... Mən düşünürəm ki, burada danışıqlar üçün mühüm olan təkan verilə bilər. Bundan başqa bizim (Avropa İttifaqı – red.) prezidentimiz də aydın şəkildə bildirdi ki, bizim Avropa İttifaqı olaraq gözləntimiz Şərq Tərəfdaşlığı daxilində belə bir problemin həllini tapmasıdır. Mən əminəm ki, qarşıdan gələn illərdə deyil, bir-iki ayda bu məsələnin həlli üçün yeni enerji olacaq və mən belə başa düşürəm ki, indi hər iki tərəfdə bu məsələyə ciddi yanaşmaq marağı var”.

AzadlıqRadiosu​

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo