12:33, 21 Yanvar 2020 (Çərşənbə axşamı) 75

Johnson hökuməti "Brekzit"lə bağlı parlamentdə keçirilən səsverməni uduzdu

Johnson hökuməti


/ DÜNYA
Boris Johnsonun rəhbərlik etdiyi Britaniya hökuməti dekabr seçkilərindən sonra ilk dəfədir ki, parlamentdə uduzub.

AzadlıqRadiosu xəbər verir ki, hökumət Brekzit-lə ( Ölkənin Avropa Birliyindən çıxması) bağlı Lordlar Palatasında keçirilən səsvermədə məğlub olub.

Palata üzvləri Avropa Birliyi ölkələri vətəndaşlarına xüsusi vəsiqə verilməsinə səs veriblər.

BBC-nin məlumatına gərə , bu sənədi alanlar, Britaniyanın Avropa Birliyindən çıxmasından sonra bu ölkədə qala bilə, bu ölkəyə gedib-gələ bilərlər.

Artıq 2,5 milyon nəfərə müsbət cavab verilib.

Dekabrın 12-də Britaniyada keçirilən seçkilərdə İcmalar Palatasında çoxluq qazanan mühavizəkarlar, Brüssellə əldə edilmiş Brekzit razılaşmasını ratifikasiya etmək üçün lazım olan qanunvericiliyi tələsik təqsdiqlədi.

Amma hökumət, indi qanun layihəsinin baxıldığı Lordlar palatasında çoxluq təşkil eləmir.

Reuters yazır ki, hərcənd Lordlar Palatası hökumət tədbirlərinin qəbulunu əngəlləməsə də çox güman ki, ona bir sıra düzəlişlər edilməsini istəyəcək.