Siyasət

Jurnalist 15-ci gündür aclıq edir

21 Avqust, 2019
451
Jurnalist 15-ci gündür aclıq edir.

Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə istintaq təcridxanasında aclıq edən realliq.info saytının redaktoru İkram Rəhimovun işi üzrə iclas keçirilib. 

Vəkil Eçlin Sadlqovun Amerikanın Səsinə müsahaibəsində bildirib ki, məhkəmə iclasının əvvəlində Rəhimov deyib ki, avqustun 7-də hazırlıq iclasında məhkəmə müdafiə tərəfinin təkrar məhkəmə istintaqı haqqında vəsatətini təmin etməyib. Rəhimovun zərərçəkmişlə danışığının audioyazısının təkrar ekspertizası haqqında vəsatət də təmin edilməyib.

Onun sözlərinə görə, bütün bu materiallar saxtalaşdırılıb. Bu səbəbdən İkram Rəhimov "qanunsuz" cinayət təqibinə son qoyulması tələbi ilə avqustun 7-dən aclığa başlayıb. Məhkəməyə etibar etmədiyini bildirən Rəhimov hakim heyətinə etiraz edib.

Bununla əlaqədar məhkəmə iclası avqustun 28-nə təxirə salınıb.

Jurnalist təkrar məhkəmə istintaqı olmadan onun apellyasiya şikayətinə baxılmasına etiraz olaraq avqustun 7-də aclıq elan edib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi İkram Rəhimovun aclıq etdiyini təsdiq edib.

"O, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. İkram Rəhimov qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər.

İyunun 12-də məhkəmə onu 5.5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-da Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo