Siyasət

Jurnalist Şəfəq Ağacanın səhhəti ağırlaşıb

24 May, 2019
465
"Bakupress.az" saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacan aclıq aksiyası keçirir. 

Bu barədə onun facebook səhifəsində məlumat yayılıb.

Məlumatda deyilir ki, jurnalistin səhhəti ağırlaşıb: "Mənə qarşı Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaqda açıq şəkildə qərəzli davranışların şahidi olduğum, həmçinin aid olmadığım yerdə olduğum üçün psixologiyam təmiz pozulub. Bu neçə gün şokda olduğum üçün çox düşünə bilmirdim. Burada səhhətim dəfələrlə ağır şəkildə pozulub. İstintaqdan qaçmadığımı, tam əksinə maraqlı olduğumu və sifarişçini öyrənmək istədiyimi bildirərək, səhhətimə görə həbs-qətimkan tədbirimin ev dustaqlığı ilə əvəz edilməsini tələb etsəm də, dəyişən heç nə olmadı. Gündən-günə ölümə yuvarlandığımı hiss edə bilirəm. Buna görə də 21 maydan aclıq aksiyasına başladığımı bildirirəm. Əgər öləcəyəmsə, bunun haqsızlığa üzülərək yox, haqqımı tələb edərək olmasını istəyirəm".

Saytın digər əməkdaşı Raqif Əliyev isə bildirib: "Şəfəq Ağacanın Kürdəxanı müvəqqəti cəza çəkmə məntəqəsində dünən axşam vəziyyəti çox ağırlaşıb. Cəza çəkmə məntəqəsinin həkimlərinin düzgün müdaxilələri nəticəsində Şəfəq Ağacanın vəziyyəti stabilə yaxınlaşdırılıb. Bundan sonra səlahiyyətli qurumun əməkdaşları tərəfindən Şəfəq Ağacanla aparılan söhbətlər əsnasında ona verilən sözə görə, bu məsələyə obyektiv baxılacaq. Bu gün saat 11:30-da mənidə dəvət etmişdilər. Şəfəq Ağacanın səhhətində yaranan problemlərə görə qısa müddətlik aclıq aksiyasını dayandırdı".

Penitensiar Xidmət Ş.Ağacanın aclığa başladığını təsdiqləsə də, Bakı İstintaq Təcridxanasının rəhbərliyinin onunla apardığı profilaktik söhbətlərdən sonra aksiyanı dayandırdığını, rəhbərliyə də bu haqda ərizə təqdim etdiyini bildirib.

Şəfəq Ağacan qızı Ağabalayeva mayın 1-i Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

O, marixuana satışında ittiham olunur. Jurnalist isə narkotikaya qarşı mübarizə apardığını deyərək, şərləndiyini bildirib.

Əbülfət Baxşəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo