17:00, 14 Fevral 2020 (Cümə) 147

Jurnalistlər Baş Prokurorluğa müraciət edib

Jurnalistlər Baş Prokurorluğa müraciət edib
Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında deputatlığa namizədlərin etiraz mitinqini işıqlandırarkən polis zorakılığına məruz qalan bir qrup jurnalist Baş Prokurorluğa müraciət edib.

AmerikanınSəsi xəbər verir ki, onlar polis əməkdaşlarının zorakılıq əməllərindən şikayətlənib, belə ki, bəzi jurnalistlərə bədən xəsarəti yetirilib.

Müraciət edənlər jurnalistlərin qanuni fəaliyyətinə maneə törətdikləri üçün günühkarların cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir.

Bundan öncə daha bir jurnalist, basta.infi saytının redaktoru Mustafa Hacıbəyli döyülməsilə bağlı Binəqədi rayon Prokurorluğuna şikayətlə müraciət edib.

"Sərhədsiz Reportyorlar” təşkilatı bildirib ki,Hacəbəylidən başqa "Meydan” TV-nin reportyoru Sevinc Vaqifqızı da əl və üz nahiyəsindən ciddi xəsarət alıb. "Amerikanın səsi”nin jurnalistləri Ülviyyə Quliyeva və Aygün Rəşidova, "Azadlıq” radiosunun müxbiri Aytən Məmmədova və müstəqil jurnalistlər Aynur Elgünəş və Aytac Tapdıq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onları şəhər ətrafına aparıb və gecə yarısına yaxın şossedən uzaqda sərbəst buraxıblar. Onların üç həmkarı, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova da daxil olmaqla, onların ardınca taksidə gəliblər, ancaq onlar da saxlanılıb və döyülüb.

Rəsmi qurumlar jurnalistlərin müraciətinə hələ şərh verməyib.