Dünya

Jurnalistlər Bosniyada yürüş ediblər

1 Oktyabr, 2019
857
Jurnalistlər Bosniya-Herseqovina paytaxtında media işçilərinə qarşı zorakılığa etiraz etmək üçün yürüş ediblər. 

Hadisə futbol azarkeşlərinin Sarayevoda bir radio stansiyasına girərək media orqanından bir xəbəri veb saytdan çıxarmağa məcbur etməsindən sonra baş verib, - RFE/RL xəbər verir.

Sentyabrın 30-da 100-ə yaxın nümayişçi "FK Sarayevo” futbol klubunun qarşısında toplanaraq daha yaxşı qorunma və mətbuata edilən hücumlara görə daha sərt cəza tələb edərək, şəhər mərkəzinə doğru yürüş ediblər.

"Bosniyada jurnalist olmaq çox çətindir və hər il daha da çətinləşir”, - "Radiosarajevo.ba” xəbər portalının redaksiya heyətinin üzvü Faruk Vele deyib.

Vele həmçinin deyib ki, ölkə qurumları jurnalistləri hücumlardan zəif qoruyur.

Sentyabrın 27-də baş vermiş hadisə ilə əlaqədar polis iki nəfəri nəzarətə götürüb.

Hadisəni "əsl girov vəziyyəti” olaraq xarakterizə edən "Radio Sarayevo” deyib ki, ölüm təhdidləri ilə qarşı-qarşıya qalan redaktor xəbəri saytdan çıxarmaq məcburiyyətində qalıb.

"FK Sarayevo” hadisəni qınayıb.

Sentyabrın 30-da birgə bəyanatda ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir və ATƏT-in Bosniyadakı missiyasının rəhbəri Kathleen Kavalec hakimiyyəti jurnalistləri daha yaxşı qorumağa çağırıb.

"Jurnalistlərin təhlükəsizliyi, demokratik sistemlərimizin əsas sütunu olan media azadlığının ən vacib şərtlərindən biridir,”- Desir qeyd edib.

Kavalec həmçinin əlavə edib ki, bu günə qədər jurnalistlərə edilən hücumların sayı bu il həyəcanverici səviyyəyə çatıb.

ABŞ-ın Sarayevodakı səfirliyi Radio Sarayevoya edilən "çirkin hücumun” qəbuledilməz olduğunu deyib.

"Biz jurnalistlərin repressiya qorxusu olmadan xəbər yayma hüququnu müdafiə edirik. Jurnalistlər susdurulduqda cəmiyyət əziyyət çəkir,” - səfirlik "Twitter” hesabında qeyd edib.

Bosniya Sərhədsiz Reportyorların "2019 Dünya Mətbuat Azadlığı İndeksində” 180 ölkə arasında 63-cü sırada yer alır.

Mənbə: Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo