Sosial

Jurnalistlərə "Zərdabi" mükafatı təqdim edilib

22 İyul, 2019
704
İyulun 22-də "Hilton" oteldə müasir jurnalistikanın problemlərinə həsr olunmuş "Mətbuat Günü bir ildən sonra-İyuldan iyula" tədbiri keçirilib.

Toplantı Azərbaycan Jurnalistlər Birliyi (AJB), Bakı Mətbuat Klubu və Turan İnformasiya Agentliyi tərəfindən təşkil edilib. 

Tədbirdə Azərbaycan Jurnalistlər Birliyi bəzi media nüməyəndələrini Həsən bəy Zərdabi adına jurnalist mükafatı ilə təltif edib. İlk çıxışı professor Qulu Məhərrəmli edib.
O, milli mətbuatın əsasını qoyan "Əkinçi” qəzetinin əhəmiyyətindən danışıb. 

Daha sonra Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı mətbuat günü münasibətilə jurnalistləri təbrik edib və mükafatları paylayıb. 
"Zərdabi mükafatı"na İctimai Televiziyanın əməkdaşı Orxan Fikrətoğlu, ARB əməkdaşı Rəna İbrahimova, "Turan" İnformasiya Agentliyinin əməkdaşı Şahin Hacıyev, jurnalist Kamran Mahmudov və cümhuriyyət araşdırmaçısı Dilqəm Əhməd layiq görülüb.

Tədbirdə Azərbaycanda medianın hazırki durumu da müzakirə olunub. Media eksperti Xalid Ağaliyev medianın son 12 ayda yaşadığı problemlərə toxunub. 
O, media qanunvericiliyində 20 ildir ki, ciddi dəyişikliklərin baş vermədiyini deyib. 
Həmçinin dövlət qurumlarının saytlarında informasiyaların yerləşdirilməməsini qınayıb. 

Ekspert Ələsgər Məmmədli ölkədə saytların bloklanması kimi problemləri qabardıb. 
O, bu qərarların qanunvericiliyə zidd olduğunu deyib.

Daha sonra Qulu Məhərrəmli Azərbaycan televizyalarındakı problemlərə toxunub. 

Siyasi şərhçi Nəsimi Məmmədli medianın ictimai rəyə təsirindən bəhs edib. 

Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə Azərbaycan mediasını hökumətin və cəmiyyətin "günah keçisi" adlandırıb. 
O, mediayaya ayrılan vəsaitlərin səmərəsiz xərcləndiyini vurğulayıb. 

Turan İnformasiya Agnetliyinin rəhbəri Mehman Əliyev Azərbaycan mediasında reklam gəlirlərindən bəhs edərək medianın reklam bazarındakı durumunun acınacaqlı olduğunu deyib. 

"Zərdabi mükafatı" 1990-ci illərin sonunda Azərbaycan Jurnalistlər Birliyi tərəfindən təsis edilib. 
Təşkilat bir müddət ara versə də, bu il yenidən mükafatı gündəmə gətirib.

Uğur Fərzəli
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo