Siyasət

Kamran Əsədov: "Kollec məzunlarının yenidən imtahan vermələrinə ehtiyac yoxdur"

23 May, 2019
1076
Yeni qaydalara əsasən, kollec məzunlarının ali məktəbə qəbul olunmasında yer məhdudiyyəti olmayacaq.

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev Təhsil Nazirliyində 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransındakı çıxışında deyib. 
 
 
Yaqub Piriyev

Onu sözlərinə görə, bu qəbul planı Nazirlər Kabinetinin qərarına əsasən, 6,4 faiz artıb: "Bu da onu göstərir ki, orta ixtisas təhsil müəssisələrini bitirənlərin ali məktəblərə qəbul faizi çoxdur. Həmçinin ümumtəhsil müəssisəsini bitirən məzunların sayı da ötən ilə nisbətən azdır. Ötən il qəbul planı 45 500 idi, bu il isə 48 506 yer müəyyən edilib. Bu da ali məktəbə qəbul şansını artırır”.

Şöbə müdiri qeyd edib ki, əvvəlki illərdə kolleci bitirən şəxs üçün yalnız bir yol vardı. 

Yeni qaydalar isə imtahansız qəbula imkanlar yaradır: "Lakin əsas tələb budur ki, pedaqoji kolleci bitirən şəxs sırf pedaqoji sahədə təhsilini davam edə bilər. Kollec məzunu 600 ballıq bir ixtisasa sənəd verə bilməz. O, imtahanda iştirak etmədən, sadəcə, 200-250 minimal bala sahib olmalıdır”.

Təhsil eksperti Kamran Əsədov Toplum.Tv-yə bildirib ki, bu qərar təhsilin əlçatımlılığı üçün müsbət addımdır: "Burda müvafiq dövlət qurumu tərəfindən mətbuat konfransında ifadələri düzgün istifadə olunmayıb. Qeyd edim ki, 2019-cu ildən etibarən məzunların ali təhsil müəssisələrinə qəbulu ilə bağlı bir neçə yenilik  tətbiq olunub. Builki yeniləyə görə kollec məzunları ali məktəblərə  imtahan vermədən müsahibə yolu ilə qəbul olma hüququna malikdir. Kollec məzunları  yalnız oxuduğu ixtisas üzrə ali məktəbə müsahibə yolu ilə qəbul ola bilərlər. Amma onlar qəbul imtahanında iştirak edərək istədikləri ixtisasda təhsil ala bilərlər. Qərarın 3.5-ci maddəsinə görə, qəbul imtahanı verən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirildikdən sonra boş qalan yerlərə kollec məzunları qəbul ola biləcək, yəni onlar bərabər müsahibəyə buraxılmayacaqlar. Mətbuat konfransında düzgün ifadə olunmayan məqamlardan biri də qərarın 2012-ci ildən etibarən qəbul olunanlara şamil edilməsidir. Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarda belə bir müddəa yoxdur. Yəni bu qayda hamıya şamil olunur”.

"Kollec məzunları təhsil aldıqları ixtisasa dair bilik və bacarıqlara sahibdirlər. Ona görə də ali təhsil müəssisələrinə qəbul zamanı yenidən imtahan vermələrinə ehtiyac yoxdur”, - deyə ekspert bildirib. 
 
Lalə Tağızadə

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo