23:53, 06 İyun 2019 (Cümə axşamı) 101

Kanal bəndinin uçması iki rayonu susuz qoyub

Kanal bəndinin uçması iki rayonu susuz qoyub
Göyçay rayonunda su kanalının bəndi partlayıb.


Bu barədə "Report.az" məlumat yayıb.

 Ucara gedən su kanalının Yuxarı Şirvan kanalından başlayaraq, rayonun Çərəkə kəndi ərazisindəki bəndi uçub.

Bəndin uçması nəticəsində Göyçay və Ucarın bir neçə kəndi susuz qalıb.

Rayon Su Kanal İdarəsi sabahdan əraziyə ağır texnika cəlb olunacağını bildirib.