13:00, 11 Yanvar 2021 (Bazar ertəsi) 45

Karantin rejimini pozanlar həbs edildi

Karantin rejimini pozanlar həbs edildi
FOTO:reyting.az

2021-ci il 9-10 yanvar tarixlərində nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 3521 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 5083 nəfər barəsində inzibati tənbeh, 4 nəfər barəsində isə inzibati həbs tədbiri tətbiq olunub. 

Bu barədə yanvarın 11-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, ev şəraitində müalicə təyin edilən 9 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. 7 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.