12:17, 24 İyun 2019 (Bazar ertəsi) 80

Keçmiş deputatın şirkəti cərimələnib

Keçmiş deputatın şirkəti cərimələnib
"Tağıyev şirkəti" inzibati qaydada cərimə edilib.

Bu barədə "Report.az" xəbər verir.

Xəbərə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmaması, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə təqsirli bilinib.

Bu əmələ görə, hüquqi şəxslər üçün beş min manatdan on min manatadək məbləğdə cərimə nəzərə tutulub.

Nərimanov Rayon Məhkəməsinin 19 iyun tarixli qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 "Avropa Qapıları” adı ilə qapı, pəncərə, ev, ofis və bağ evləri üçün quraşdırılmış mebellər, plastik və dəmir məhsullar satan "Tağıyev Şirkəti"nın sabiq deputat Baba Tağıyevə məxsus olduğu bildirilir.