10:53, 05 Dekabr 2019 (Cümə axşamı) 110

Keçmiş prezident Sarkisiana cinayət işi açıldı

Keçmiş prezident Sarkisiana cinayət işi açıldı


/ DÜNYA
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı bir milyon dollardan çox vəsaiti mənimsəmə üzrə cinayət ittihamı irəli sürülüb.

Bu barədə məlumatı ölkənin İstintaq Xidmətinə istinadən Kavkazski Uzel saytı verib.

Cinayət işinin materiallarında deyilir ki, Sarkisian 2013-cü ilin 25 yanvarından həmin ilin fevralınadək bir qrup vəzifəli şəxslə birlikdə 490 milyon dramlıq (1 milyon dollar) vəsaitin xərclənməsini, mənimsənməsini və oğurlanmasını təşkil edib.

İstintaq Xidməti bildirir ki, Serj Sarkisyana ölkəni tərk etməməsi barədə yazılı iltizam qətimkan tədbiri tətbiq edilib.

Ermənistan mediasının xəbərlərinə görə ilkin istintaqın sübutları əsasında Serj Sarkisyana Ermənistan CM-nin 38-179 maddəsinin üçüncü hissəsi ilə cinayət işi açılıb.

Serj Sarkisyan bu xəbərə hələki heç bir reaksiya verməyib.

Hazırda Ermənsitanda ikinci prezident Robert Koçaryanın cinayət işi üzrə məhkəmə araşdırması aparılır.

O 2018-ci ilin iyulundan həbsdədir.

Ona qarşı 2008-ci ilin 1 mart hadisəsi zamanı ölkənin konstitusiya quruluşunu devirmək ittihamı irəli sürülüb.

Koçaryan təqsirsiz olduğunu bildirir.

O deyir ki, ona qarşı cinayət təqibi Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra başlanıb və siyasi motivlidir.