21:02, 13 Oktyabr 2018 (Şənbə) 209

Kəmaləddin Heydərov Badamdar şosesindəki sürüşmə zonasına gedib

Kəmaləddin Heydərov Badamdar şosesindəki sürüşmə zonasına gedib
Bu gün, oktyabrın 13-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olub.

"Report”-un verdiyi xəbərə görə, nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olub, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qərərgah yaradılıb.