14:51, 16 Aprel 2019 (Çərşənbə axşamı) 301

Kilsədəki yanğının qəsdən törədilməsinə dair dəlil tapılmayıb

Kilsədəki yanğının qəsdən törədilməsinə dair dəlil tapılmayıb


/ DÜNYA
"Notr-Dam-de-Pari" kilsəsində baş verən yanğının qəsdən törədilməsinə dair hələ ki heç bir dəlil tapılmayıb".

Bunu Paris şəhərinin prokuroru Remi Heitz jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, hazırda istintaq hadisənin başvermə səbəblərini araşdırır: "Hələlik yanğının yalnız texniki təhlükəsizliyə əməl edilməməsi nəticəsində baş verdiyi ehtimal edilir. İstintaq prosesinə 50 müstəntiq cəlb olunub. Artıq kilsənin bərpa və yenidənqurma işlərində çalışan 30-a yaxın fəhlənin sorğu-sual edilməsinə başlanılıb. Onlardan 15 nəfəri dinlənilib, qalanları da sorğu-sual ediləcək".