16:40, 04 Dekabr 2018 (Çərşənbə axşamı) 118

Kimlər ali məktəbə imtahansız girəcək?

Kimlər ali məktəbə imtahansız girəcək?
Dekabrın 4-də Milli Məclisin elm və təhsil komitəsinin iclasında "Ümumi təhsil haqqında” qanun layihəsi müzakirə olunub. Layihəyə görə, ümumi təhsili qızıl medalla başa vuran məzunlar yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəbə qəbul olmaq imkanı əldə edir.

Sənəd beynəlxalq fənn olimpiadalarının qaliblərinə istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul imkanı verir.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.