23:02, 06 Avqust 2019 (Çərşənbə axşamı) 27

KİV: Britanyanın yeni baş naziri “sərt Brexit”ə nail olmaq niyyətindədir

KİV: Britanyanın yeni baş naziri “sərt Brexit”ə nail olmaq niyyətindədir


/ DÜNYA
Böyük Britaniyanın baş naziri Boris Conson oktyabrın 31-də "sərt Brexit”ə nail olmaq əzmindədir və etimadsızlıq göstərilsə belə, istefa verməyəcək.

Bu barədə "Report” xəbər verir.

Xəbərdə deyilir ki, bu barədə baş nazirin köməkçisi Dominik Kamminqs məlumat verib.

Belə ki, B.Conson hətta "sərt Brexit” əleyhdarlarının ölkənin Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasını təxirə salmaq üçün "milli birlik hökuməti" deyilən partiyalararası çoxluq təşkil etməyə müvəffəq olduqları halda, kürsüsündə qalmaq niyyətindədir. Belə olarsa, baş nazir B.Conson "Brexit”dən dərhal sonra ümumi seçkilər keçirməyi hədəfləyir.

Eyni zamanda Böyük Britaniyanın "Brexit”ə dair xüsusi elçisi David Frost baş nazirin Aİ nümayəndələrilə danışıqlar aparmaq niyyətində olmadığını, saziş imzalamadan təşkilat üzvlüyündən çəkilməyi yeganə mümkün variant olaraq gördüyünü diqqətə çatdırıb.