Dünya

Koçaryan rüşvət almaqda ittiham olunur

14 Fevral, 2019
1052
Erməni müstəntiqlər əvvəllər ölkənin konstitusiya sistemini pozmaqda ittiham olunan keçmiş prezident Robert Köçəryana qarşı yeni rüşvət iddiası irəli sürüblər.Koçaryan 

Yeni ittiham iş adamı Silva Hambartsumyanın Ermənistanda bir nazirə rüşvət vermək məcburiyyətində qaldığı iddialarından qaynaqlanır. Bu barədə fevralın 12-də Koçaryanın vəkili Aram Orbeliyan Azadlıq Radiosuna bildirib.

Vəkil daha ətraflı məlumat verməyib.

Hambartsumyan ötən ilin oktyabrında Azadlıq Radiosuna bildirib ki, o, 2008-ci ildə ətraf mühit naziri Aram Harutyunyana 14 milyon dollar rüşvət ödəməli olub.

Yanvar ayında İrəvan məhkəməsi Harutyunyanın həbsinə hökm verib, lakin onun hazırda harada olduğu bilinmir.

Koçaryan ilk olaraq iyul ayında onun 1998-2008-ci il hakimiyyətinin son həftələrində müxalif etiraçılara qarşı güc istifadə etdiyi iddialarıyla həbs edilmişdi.

Onun həbsi keçmiş müxalifət lideri Nikol Paşinyanın ötən il ölkədəki genişmiqyaslı etiraz aksiyalarından, mayda Baş nazir seçilməsindən sonraya təsadüf edir. Paşinyanın hakimiyyəti Ermənistanda uzun müddətdir davam edən Köçəryan hakimiyyətinə ciddi zərbə kimi dəyərləndirilir.

Koçaryan  2008-ci ilin fevral ayında keçirilən mübahisəli prezident seçkilərinə etiraz edən müxalifət nümayəndələrinə qarşı qanunsuz güc tətbiq etməyə görə ittiham edilir.

2008-ci il martın 1-2-də nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verdikdə səkkiz etirazçı və iki polis əməkdaşı həlak olub.

Koçaryan bu ittihamları rədd edir, bildirir ki, Ermənistanın hazırkı hökuməti ona qarşı siyasi "vendetta" tətbiq edir.

64 yaşlı Koçaryan avqustun 13-də apelyasiya məhkəməsi tərəfindən konstitusiyanın ona verdiyi toxunulmazlıq hüququyla sərbəst buraxılmışdı.

Koçaryan  azadlığa çıxdıqdan sonra siyasətə qayıdacağını elan etmişdir. Lakin 9 dekabr parlament seçkilərində iştirak etməməklə Paşinyanın hakimiyyətini daha da möhkəmləndirmiş oldu.

Məhkəmə seçkilərdən iki gün əvvəl Köçəryanın həbsxanada saxlanmasını bərpa etdi və o zamandan etibarən o həbsdədir

Onun avqust ayında ilk dəfə azadlığa çıxmasından bəri Köçəryan dəfələrlə Paşinyan hökumətini ölkənin milli təhlükəsizliyinə risk yaratmaqla, Rusiya ilə münasibətləri pozmaqla və yeni hökumətin iqtisadi proqramının olmamasıyla ittiham edir.

Paşinyan 17 avqustda Köçəryana qarşı cinayət ittihamlarını müdafiə edib və deyib ki, "bütün qatillər həbsxanaya gedəcək".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo