18:22, 18 İyun 2019 (Çərşənbə axşamı) 377

Komitə idxal və ixracın statistikasını açıqladı

Komitə idxal və ixracın statistikasını açıqladı
2019-cu ilin yanvar-aprel ayları ərzində ölkəyə idxal və ixracla bağlı statistika açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytında məlumat verilib.

Məlumata görə cari ilin ilk 4 ayında Azərbaycan 97 ölkəyə məhsul ixrac edib, 151 ölkədən idxal olunub. Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

2018-ci ilin göstəriciləri ilə müqayisədə xarici ticarət dövriyyəsi 7.3 faiz artıb. 

İxraca görə ilk sıraları İtalya, Türkiyə və Çinə göndərilmiş məhsulların dəyəri təşkil edir. 

İdxala görə isə ilk sıralar İsveçrə, Rusiya və Türkiyədən idxal əməliyyatlarının payına düşüb.

Statistikaya görə, 2019-cu ilin yanvar-aprel aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə artım olub. Təzə meyvə 32.7 faiz, tərəvəz 30.6 faiz,  tütün 2.0 faiz artıb. İxracda əsas azalmalar şəkər, çay və kartofda müşahidə edilib. 

2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin eyni aylarında idxalda artım var. Buğda 27.5 faiz, təzə meyvə 5.4 faiz və  şəkər 5.1 faiz artıq idxal olunub. İdxalda azalma bitki yağları, siqaret və süd məhsullarında nəzərə çarpır.

Qeyri-neft məhsullarının ixracında da 14.4 faizlik artım var. Belə ki, 2019-cu ilin yanvar-aprel aylarında ölkədən 582.7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
 
Əbülfət Baxşəli