21:20, 17 Oktyabr 2020 (Şənbə) 56

Konstitusiya Məhkəməsi dünya ölkələrinin məhkəmələrisinə müraciət etdi

Oktyabrın 17-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror hadisələri ilə bağlı dünya ölkələrinin məhkəmələrinə müraciət ünvanlayıb.

Bu barədə Konstitusiya Məhkəməsinin yaydığı məlumatda bildirilir.

Müraciətdə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağcabədi və digər münaqişə zolağına aid olmayan şəhərlərinin atəşə tutulması, ziyan, itkilərlə bağlı məlumatlar verilib.

Ermənistan tərəfindən dinc əhalinin hədəf alınması nəticəsində 17 oktyabr tarixinə qədər 60 mülki şəxs həlak olması, 271 nəfərin yaralanması da müraciətdə qeyd olunub.

"Biz dünyanın bütün konstitusiya nəzarəti orqanlarını, eləcə də bütün beynəlxalq təşkilatlarını, Ermənistan hökumətinin müharibə cinayətlərini qınamağa çağırırıq. Mütərəqqi beynəlxalq ictimaiyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin faşizm və nasizm siyasətinə açıq surətdə "YOX" deməlidir”, - müraciətdə qeyd olunub