18:02, 14 Oktyabr 2020 (Çərşənbə) 98

Koronavirus: Avropada kəskin artım səbəbindən sərt ölçülər götürülür

Koronavirus: Avropada kəskin artım səbəbindən sərt ölçülər götürülür
Bir çox ölkələr sərt məhdudiyyətlər qoymağa hazırlaşır

"BBC" xəbər verir ki, Avropa "Covid-19" hallarının kəskin artımının öhdəsindən gəlməkdə çətinlik çəkir. Çex Respublikası məktəblərin, barların və klubların 3 həftə boyunca qismən karantinə alınması ilə bağlı qərar çıxarıb. Çexiya hər 100,000 nəfərdə adam başına düşən yoluxma sayına görə regionun lideridir. Ölkədə restoranların bağlanması və ictimai yerlərdə alkoqol istehlakının qadağan edilməsi ilə bağlı qanun qüvvəyə minəcək. 

Niderlandda da qismən karantin rejimi elan edilib, həmçinin insanların çox olduğu qapalı yerlərdə maskaların taxılması məcburi olub.

Avropanın bir çox ölkələrində xəstəxanalara müraciətlərin sayı kəskin artmaqdadır. 

Parisdə həftə sonunda xəxtəxanalardakı intensiv terapiya çarpayılarının 90%-nin tutulacağı bildirilir. Fransa prezidenti Emmanuel Makronun bugünlərdə əlavə məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı da qərar verəcəyi gözlənilir. Yerli media paytaxt Paris daxil olmaqda, koronovirusun qaynar olduğu digər nöqtələrdə gecələr kommendant saatının tətbiq olunacağı ilə bağlı xəbərlər yayırlar. 

Almaniya kansleri Angela Merkel Avropadakı vəziyyəti "dərin nigarançılıqla müşahidə etdiyini" deyib və əlavə edib: "Mən situasiyanın ciddiyyətini saxladığını deməyə məcburam". Alman səhiyyə işçiləri dünən aprel ayından bəri ilk dəfə ölkə miqyasında sutkalıq 5000 yoluxma sayının qeydə alındığını bildiriblər.