15:21, 18 Noyabr 2020 (Çərşənbə) 74

Koronavirusa 2239 yeni yoluxma

Koronavirusa 2239 yeni yoluxma
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda bildirilir ki, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 25 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 81 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 58 111 nəfər müalicə olunaraq sağalıb, 1 030 nəfər vəfat edib, aktiv xəstə sayı 22 256 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 134, ötən müddət ərzində isə ümumilikdə 1 549 568 test aparılıb.