11:34, 19 Oktyabr 2020 (Bazar ertəsi) 212

Koronavirusa ən çox yoluxma hansı rayondadır?

Koronavirusa ən çox yoluxma hansı rayondadır?
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

"Koronavirus.info" məlumat verir ki, Bakıda ən yüksək virusa yoluxma halı Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.5 faiz təşkil edir.

Xətaidə 12.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.7 faiz, Nəsimidə 8.7 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 8.0 faiz, Qaradağda 7.2 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 5.5 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda  0.3 faiz yoluxma qeydə alınıb.