16:35, 02 Aprel 2020 (Cümə axşamı) 159

Koronavirusa yoluxanların sayı 1 milyonu ötüb

Koronavirusa yoluxanların sayı 1 milyonu ötüb
Dünyada indiyədək 1 000 043 insanda koronavirus infeksiyası aşkarlanıb.

"Report”un məlumatına görə, son 2 gündə dünyada koronavirusa yoluxanların sayı daha 200 000 artıb.

Pandemiya qurbanlarının sayı 50 434, sağalanların sayı isə 205 993 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.