Dünya

Koronavirusdan ölümü proqnozlaşdırmaq mümkün olub

22 Oktyabr, 2020
354
Oksford və digər Britaniya universitetlərinin mütəxəssisləri COVİD-19 virusundan ölümü əvvəlcədən xəbər verən alqoritm yaradıblar. 

"Qazeta.ru"nun 21 oktyabr tarixli xəbərinə görə, bu barədə tədqiqat işi "BMJ" jurnalında dərc olunub. 

"QCOVID" adlı alqoritm insanlar haqqında olan məlumatları - onların yaşını, etnik mənsubiyyətini, xəstəlik tarixçəsini və s. analiz etməklə, kimlərin koronavirusu ağır formada keçirmək riskinin yüksək olduğunu müəyyən edir. 

Alqoritmi hazırlamaq üçün mütəxəssislər Britaniya xəstəxanalarındakı 19-100 yaş arası 6 milyon pasiyent, o cümlədən 4384 COVID-19 xəstəsi haqqında məlumatlardan yararlanıblar. 

Tədqiqatçılar pasiyentlərin yaş, xəstəlik, bədən çəkisi, etnik mənsubiyyət barədə məlumatlarını,  xəstəxanada qaldıqları müddəti və karonavirusdan ölüm riskini müqayisə ediblər. Alimlər əldə edilən modeli aralarında 2000-dən çox karonavirus xəstəsi olan daha 2 milyon xəstə üzərində test ediblər. 

Beləliklə, tədqiqatçılar COVİD-19-dan ölən pasiyentlərin 70%-dən çoxunun ölümünü əvvəlcədən müəyyən edə biliblər. 

Alimlər qeyd edirlər ki, model riskin proqnozlaşdırılması məqsədi daşıyır - ölümə hansı müxtəlif faktorların təsir etməsi isə onun məqsədlərinə daxil deyil. 

Tədqiqatçılar bu alqoritmin karonavirusla mübarizədə faydalı rol oynayacağını bildirirlər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo