17:20, 28 Mart 2020 (Şənbə) 350

Koronavirusun müalicəsi üçün dərman təqdim edilib

Koronavirusun müalicəsi üçün dərman təqdim edilib
Rusiya Federal Tibbi və Bioloji Agentliyi koronavirus infeksiyasının müalicəsi üçün dərman preparatını təqdim edib.

"Report” xəbər verir ki, bu, malyariyaya qarşı istifadə olunan "Mefloxin” dərmanıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 615 min nəfərə yaxındır, 28 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.